2018-ci ildən · Bakı

Adımız keyfiyyətimizdir

Peşəkar komanda, HACCP prinsipləri və beynəlxalq ISO sertifikatları ilə hər gün dadlı və sağlam yemək.

2018yaranma ili
3beynəlxalq ISO sertifikatı
HACCPqida təhlükəsizliyi prinsipləri
3+menyu pilləsi

Şirkət haqqında

Yeni bazarda ciddi nəticələr

“NAFA Catering” ölkəmizin iaşə bazarında fəaliyyət göstərən perspektivli şirkətlərdən biridir. 2018-ci ildə yaradılmasına baxmayaraq, ciddi müştəri auditoriyasına sahibdir və hər gün inkişaf edir.

Əsas prioritetimiz xidmət və yeməklərin yüksək keyfiyyətidir. Qida təhlükəsizliyi və gigiyena sahəsində dünyanın ən ciddi nəzarət sistemlərindən olan HACCP prinsiplərinə əməl edirik.

Peşəkarlıq, məsuliyyət, operativlik və uğurlu təşkilatçılıq missiyamızın əsasıdır. Professional komandamız və müasir texnologiyamızla insanların inam və etibarını qazanırıq.

  • ISO 22000:2018
  • ISO 9001:2015
  • ISO 45001:2018
  • HACCP

Dəyərlərimiz

Bizi fərqləndirən beş şey

İlk gündən peşəkar komandamız və iaşə sahəsində tətbiq etdiyimiz bilik və bacarıqlar sayəsində bazarda yeni olsaq da, təcrübəli şirkətlərdən biriyik. “NAFA Catering” ilə çalışan hər kəs sifarişinin yüksək səviyyədə həyata keçiriləcəyinə arxayın ola bilər.

Müştərilərin ehtiyaclarını ödəməyə çalışan etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınırıq. Tərəfdaşlarımızın hər biri öz sahəsində nüfuz qazanıb. Göstərdikləri etimada görə təşəkkür edirik, yeni əməkdaşlıqlara isə şadıq.

Etibarlılıq, dürüstlük və şəffaflıq 2018-ci ildən bəri nüfuzumuzun və uğurumuzun açarı olub. Yeni müştərilərin istəklərini məmnuniyyətlə qarşılayır, onların inamını doğrultmaq yolunda irəliləyirik.

Komandamız peşəkarlardan ibarətdir və fəaliyyətinə mütəxəssislər daim nəzarət edir. İşçilərimiz mütəmadi kurs və təlimlərə qatılır, sahədəki yenilikləri operativ şəkildə iş prosesimizə tətbiq edirik.

Paytaxtın müxtəlif sektorlarında işləyənləri gün ərzində dadlı və faydalı yeməklərlə təmin edirik. Böyüyən şirkətimiz bölgələrdə də xidmət təklif etməyə və öz mətbəxini qurmağa doğru addımlayır.

01

Həm sərfəli, həm də keyfiyyətli

Bütün müəssisələrin keyfiyyətli ərzağı topdan qiymətə alıb, yüksək texnologiyalı mətbəxdə gigiyenik normada hazırlamaq imkanı yoxdur — bunun üçün böyük əmək və vəsait lazımdır. Ən sərfəli seçim keyterinq şirkəti ilə əməkdaşlıqdır.

02

Ərzaq təhlükəsizliyi

Əksər müəssisələrdə düzgün ərzaq seçimi və saxlama qaydalarına əməl edəcək mütəxəssis və şərait olmadığından qida zəhərlənmələrinə rast gəlinir. Keyterinqin üstünlüyü məhz ərzaq təhlükəsizliyidir.

Üstünlüklər

Niyə “NAFA Catering”?

Peşəkar komanda
Yüksək keyfiyyətli xidmət
İaşə sahəsində zəngin bilik və təcrübə
Bir neçə menyu seçmək imkanı
Ərzaq təhlükəsizliyi: ISO 22000, ISO 9001, ISO 45001
Mütəxəssislər tərəfindən nəzarət edilən məhsullar

Şirkət haqqında təqdimat

Tam təqdimatı PDF formatında yükləyin.

Buradan yükləyin

Əlaqə

Gəlin tanış olaq

“Almaz Park” M17, Zərdabi küçəsi 74; Bakı, Azərbaycan, AZ1141

+994 50 991 0004
+994 50 992 0004
+994 50 993 0004

info@nafa.az

Müraciət formu